İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşımına görə Bundesliqa komandalarından biri olan “Maynts”la müqaviləsinə xitam verilən Ənvər Əl Qazi sosial media hesabından açıqlama yayıb. Paylaşımından peşman olmadığını bildirən hollandiyalı cinah oyunçusu “Maynts” rəhbərliyini qəzəbləndirəcəyi gözlənilən açıqlamalar verib.
"Operativ Media" xəbər verir ki, O, İnstaqram hesabında verdiyi açıqlamada, "Dolanışığımın itirilməsi Qəzzada günahsız və müdafiəsiz insanların üzərinə atılan cəhənnəmlə müqayisədə heç bir şey deyil" deyib. "Mainz" rəhbərliyi hadisə ilə bağlı qanuni araşdırma aparıldığını bildirib. 28 yaşlı oyunçu yayda "Ayaks", "Lill", "Aston Villa" və PSV-də çıxış etdikdən sonra "Mainz"a keçib.
Bazar ertəsi verdiyi açıqlamada "Mainz" oyunçunun sonradan sildiyi bir yazıya görə təəssüfləndiyini və peşman olduğunu və hadisənin həll yolunda olduğunu söyləmişdi.
Buna baxmayaraq, çərşənbə günü yeni açıqlama verən Əl Qazi “Mən öz mövqeyimə görə peşman deyiləm" deyib. Ulduz futbolçunun “Dediklərimdən uzaqlaşmıram, bu gün və hər zaman son nəfəsimə qədər insanlığın, məzlumun yanındayam” deməsindən sonra müqaviləsinə xitam verilib.