Menyu

Didye Deşam: "Messinin ən yaxşı olduğunu deyə bilmərəm"

Əziz Əzizli
Didye Deşam: "Messinin ən yaxşı olduğunu deyə bilmərəm"

Bazar ertəsi Lionel Messinin səkkizinci “Qızıl top” mükafatını almasına, “Mançester Siti”nin futbolçusu Erlinq Holannı və onun PSJ-dən keçmiş komanda yoldaşı Kilyan Mbappeni geridə qoymasına Fransa Milli Komandasının təcrübəli məşqçisi Didye Deşamdan reaksiya gəlib.

"Operativ Media" xəbər verir ki, Dünya çempionatının finalında Argentina ilə qarşılaşmada Messini dayandırmağa məsul olan Fransa yığmasının baş məşqçisi mükafatlandırma mərasimindən sonra Messinin mükafatı qazanması ilə bağlı fikirlərini açıqlayıb. Messinin adını futbol tarixinə yazdırdığını bildirən Deşam argentinalı futbolsevərlərin reaksiyasına səbəb olan açıqlamalar verib.

Messinin futbol tarixinin ən yaxşı oyunçusu olduğunu deyə bilməyəcəyini ifadə edən Deşam, “Messinin Kristiano Ronaldo və ya Mbappedən daha yaxşı olduğunu söyləmək çətindir. Bu üç futbolçu, şübhəsiz ki, futbol tarixi baxımından çox önəmlidir və illər sonra da unudulmayacaq" deyə bildirib.

Teqlər:

"Didye De\u015fam: \"Messinin \u0259n yax\u015f\u0131 oldu\u011funu dey\u0259 bilm\u0259r\u0259m\""

Əlaqəli Xəbərlər