Menyu

Azərbaycanın veteran cüdoçuları DÇ-nin ilk günündə 3 medal qazanıb

Əziz Əzizli
Azərbaycanın veteran cüdoçuları DÇ-nin ilk günündə 3 medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən veteranlar arasında dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl və 1 bürünc medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə M6, M7 və M8 yaş kateqoriyaları üzrə 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

M6 yaş kateqoriyası üzrə +100 kq. çəki dərəcəsində Azər Əsgərov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Qabil Qasımov 7-ci yerdə qərarlaşıb.

M7 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Bu qələbə Fərhad Rəcəblinin usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 11-ci qızıl medal olub.

M8 yaş kateqoriyası üzrə isə -100 kq. çəkidə Arif Qasımov yarışın bürünc medalını əldə edib

Teqlər:

"Az\u0259rbaycan\u0131n veteran c\u00fcdo\u00e7ular\u0131 D\u00c7-nin ilk g\u00fcn\u00fcnd\u0259 3 medal qazan\u0131b"

Əlaqəli Xəbərlər