Azərbaycan millisi Millətlər Liqasında növbəti qələbəsini qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.
"Operativ Media" nın məlumatına görə, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediblər.
Ukraynalı hakim Anastasiya Romanyukun idarə etdiyi görüşdə yığmanın qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.
Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net