Almaniyada Fələstinə dəstək verən futbolçu bağışlandı
Əziz Əzizli
Almaniyanın “Mainz 05” komandası Fələstini sosial şəbəkədə dəstəkləyən paylaşım etdiyi üçün heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl Qazini əfv edib.
"Operativ Media" xəbər verir ki, klubdan verilən açıqlamada Mərakeş əsilli 28 yaşlı holland futbolçunun etdiyi paylaşımdan peşman olduğu və klubda yaradılan mənfi atmosferə görə üzüldüyünü bildirilib.
Açıqlamada Ənvər Əl Qazinin tezliklə məşqlərə və heyətə dönəcəyi bildirilib.
Əl Qazi sosial media hesabındakı paylaşımında İsrail və Fələstin arasındakı güc balanssızlığından bəhs edərək, "Çaydan dənizə qədər Fələstin azad olacaq" ifadələrindən istifadə edib və bir müddət sonra paylaşımını silib.