Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında çıxış edən Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
"Operativ Media" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Küveytlə qarşılaşacaq. Saat 21:00-da start götürəcək qarşılaşma "İdman" TV-dən canlı yayımlanacaq.
Azərbaycan millisi qrupda daha əvvəl Misir və İraqı məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.