Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu yenilənib.
"Operativ Media" xəbər verir ki, 11-ci tur mövsümün ən çox tamaşaçı toplayan turu olub.
Bunun üçün 4 oyun kifayət edib. Belə ki, baş tutan matçlarda tribunalara ümumilikdə 11 min 750 nəfər toplaşıb. Bu isə mövsümün ən yüksək göstəricisidir. Nəzərə alaq ki, turun bir oyunu (“Araz-Naxçıvan” – “Qarabağ”) hələ bu gün keçiriləcək.
Bununla 6-cı tura məxsus 10 min 950 nəfərlik azarkeş rekordu yenilənib.