Azərbaycan millisi Dünya Çempionatında növbəti mərhələyə yüksəldi
Əziz Əzizli
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 4:1 hesablı qələbəsi ilə bitib.
Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.
Beləliklə, milli növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net