"Neftçi”nin yeni idman direktoru komanda ilə görüşdü
Əziz Əzizli
"Neftçi” Misli Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.
"Operativ Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb.
Məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komanda üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda “ağ-qaralar”a uğurlar arzulayıb.
Zədəlilər – Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçı saat 18:30-da başlayacaq
Teqlər:
"\"Neft\u00e7i\u201dnin yeni idman direktoru komanda il\u0259 g\u00f6r\u00fc\u015fd\u00fc"