Ana səhifə / İdman / Azərbaycanın 8 cüdoçusu Böyük Dəbilqə turnirində mübarizəyə başlayır Azərbaycanın 8 cüdoçusu Böyük Dəbilqə turnirində mübarizəyə başlayır 24.10.2023, 13:37 Əziz Əzizli Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçirilən Böyük Dəbilqənin birinci günündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq. "Operativ Media" xəbər verir ki, ilk olaraq 5 çəki dərəcəsində 8 idmançı mübarizəyə başlayacaq. Kişilər arasında 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da Kəramət Hüseynov və Ruslan Paşayev medal qazanmağa çalışacaqlar. Qadınlarda isə 48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da isə Fidan Əlizadə güclərini sınayacaqlar. Qadınlar 48 kq Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya) 52 kq Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya) Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası) 57 kq Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri) Kişilər 60 kq Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar) Əhməd Yusifov – Adel Hamada (Misir) 66 kq Kəramət Hüseynov - Daiki Bouba (Fransa) Ruslan Paşayev - Matteo Piras (İtaliya) Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq Teqlər: "Az\u0259rbaycan\u0131n 8 c\u00fcdo\u00e7usu B\u00f6y\u00fck D\u0259bilq\u0259 turnirind\u0259 m\u00fcbariz\u0259y\u0259 ba\u015flay\u0131r"