Menyu

“Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub

Əziz Əzizli
“Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub

“Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər qoluna imza atıb.

"Operativ Media" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley topunun müəllifi Olavio Juninyo olub.

Braziliyalı hücumçu Premyer Liqanın X turunun “Turan Tovuz”la matçında fərqlənib. Ağdam klubu 2:2 hesabı ilə başa çatan qarşılaşmada bu rəqəmi 601-ə də çatdırıb.

“Qarabağ” buna 443-cü səfər oyununda nail olub. Komandanın rəqib meydanlarındakı orta məhsuldarlığı 1,36-ya bərabərdir.

Ağdamlılar ölkə çempionatları tarixində səfərdə 600 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi” daha çox qola imza atıb.

Qeyd edək ki, “Qarabağ” ilk səfər qoluna 1992-ci il mayın 9-da imza atıb. “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov fərqlənib.

Teqlər:

"\u201cQaraba\u011f\u201d Az\u0259rbaycan \u00e7empionatlar\u0131nda 600-c\u00fc s\u0259f\u0259r qolunu vurub"

Əlaqəli Xəbərlər