Menyu

Azərbaycan PL: Qol rekordu yeniləndi

Əziz Əzizli
Azərbaycan PL: Qol rekordu yeniləndi

Misli Premyer Liqasında mövsümün qol rekordu yenilənib.

"Operativ Media"nın məlumatına görə, bu, 10-cu turda baş verib.

Belə ki, keçirilən 5 oyunda qapılara ümumilikdə 19 qol vurulub. Buna qədər ən məhsuldar tur 1-ci turda olmuşdu. Açılış turunda komandalar 15 dəfə fərqlənmişdilər.

Turun “Kəpəz” – “Zirə” qarşılaşması 0:0 hesabı ilə yekunlaşsa da, digər dörd görüşdə komandalar 19 qola seviniblər. “Turan Tovuz” – “Qarabağ” (2:2), “Sabah” – “Sumqayıt” (3:1) oyunlarında 4, “Qəbələ” – “Araz-Naxçıvan” (1:4) görüşündə 5, “Səbail” – “Neftçi” (2:4) qarşılaşmasında isə 6 qol qeydə alınıb.

Bu qollardan 8-ni yerli, 11-ni isə əcnəbi futbolçular aktivlərinə yazdırıblar

Teqlər:

"Az\u0259rbaycan PL: Qol rekordu yenil\u0259ndi"

Əlaqəli Xəbərlər