Menyu

Lionel Messi yeni rekorda imza atıb

Əziz Əzizli
Lionel Messi yeni rekorda imza atıb

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekorda imza atıb.

"Operativ Media" xəbər verir ki, ulduz futbolçu DÇ-2026-nın seçmə mərhələsində Peru ilə səfər oyununda dubl etməklə buna nail olub. 32 və 42-ci dəqiqələrdə fərqlənən 36 yaşlı hücumçu dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələləri tarixinin bombardiri ünvanını ələ keçirib. O, qollarının sayını 31-ə çatdıraraq, uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin hesabında 29 qol var. Dünyada seçmə mərhələlərin ən məhsuldar oyunçusu qvatemalalı Karlos Ruisdir. Rəqib qapılarına 39 dəfə yol tapan Ruisi portuqaliyalı Kriştianu Ronaldu (38) və iranlı Əli Daei (35) izləyirlər. Qeyd edək ki, Peru üzərində 2:0 hesablı qələbə qazanan Argentina millisi 4 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər