Menyu

AVRO-2024: İngiltərə millisi final mərhələsinə vəsiqəni təmin etdi

Əziz Əzizli
AVRO-2024: İngiltərə millisi final mərhələsinə vəsiqəni təmin etdi

AÇ-2024-ün seçmə qrup mərhələsində 8-ci tura yekun vurulub.

"Operativ Media" xəbər verir ki, son gündə 3 qrup üzrə 7 oyun baş tutub.

Gecənin ən böyük maraqla gözlənilən oyununda İngiltərə yığması İtaliya millisini qəbul edib. Əzmkar qələbəyə sevinən ingilislər növbəti Avropa çempionatına vəsiqəni təmin ediblər.

Səfərdə Litva ilə məhsuldar və əzmkar heç-heçəyə imza atan Macarıstan yığması da AÇ-yə vəsiqə əldə edib.

AÇ-2024-ün seçmə mərhələsi

8-ci tur

17 oktyabr

C qrupu

İngiltərə – İtaliya 3:1

Qollar: Keyn, 32-pen; 77. Raşford, 57 – Skamakka, 15.

Malta – Ukrayna 1:3

Qollar: Mbonq, 12 – Kamenzuli, 38-öz qapısına. Dovbik, 43-pen. Mudrik, 85.

Xal: İngiltərə – 16. Ukrayna – 13. İtaliya – 10. Şimali Makedoniya – 7. Malta – 0.

G qrupu

Litva – Macarıstan 2:2

Qollar: Çernıx, 20. Sirvis, 36 – Soboslai, 67. Varqa, 82.

Serbiya – Monteneqro 3:1

Qollar: Mitroviç, 9; 73. Tadiç, 77 – Yovetiç, 36.

Xal: Macarıstan – 14. Serbiya – 13. Monteneqro – 8. Litva – 6. Bolqarıstan – 2.

H qrupu

Finlandiya – Qazaxıstan 1:2

Qollar: Teylor, 28 – Zaynutdinov, 77-pen; 89.

Şimali İrlandiya – Sloveniya 0:1

Qol: Çerin, 5.

San Marino – Danimarka 1:2

Qollar: Qolinuççi, 61 – Hoylund, 42. Poulsen, 70.

Xal: Sloveniya – 19. Danimarka – 19. Qazaxıstan – 15. Finlandiya – 12. Şimali İrlandiya – 6. San Marino – 0

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər