Menyu

Modriç 1000-ə çatdı

Əziz Əzizli
Modriç 1000-ə çatdı

Xorvatiya millisi və "Real"ın yarımmüdafiəçisi Luka Modriç peşəkar karyerasında 1000-ci matçına çıxıb.

"Operativ Media" telecomasia.net-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun yubiley oyunu Avro-2024-ün seçmə mərhələsində dünən keçirilən Uelsə (1:2) qarşı matça təsadüf edib.

Modriç 10 avqust 2003-cü ildə "Zrinjski" ilə peşəkar karyerasına başlayıb.

O, "Real"da ən çox oyun keçirib - 497. Xorvatiya millisində 170, "Tottenhem"də 160, "Dinamo Zaqreb"də 95, "Zrinski"də 25, "İnter Zapresiç"də 18, Xorvatiya U-21-də 15, Xorvatiya millisi U-19-da 11, Xorvatiya U-18-də 7, Xorvatiya U-17-də 2 oyuna çıxıb.

Teqlər:

"Modri\u00e7 1000-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər