AVRO-2024: Portuqaliya və Niderlanddan səfər qələbəsi
Əziz Əzizli
Bu gün Avro-2024-ün seçmə mərhələsində VIII turun növbəti oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, F qrupunda Azərbaycan yığması Avstriyaya məğlub olub. Brüsseldə keçirilən Belçika - İsveç oyunu iki azarkeşin güllələnməsi səbəbindən yarımçıq dayandırılıb və təxirə salınıb.
J qrupunda Portuqaliya millisi Bosniya və Herseqovinanı darmadağın edib.
Avro-2024
Seçmə mərhələ, VIII tur
16 oktyabr
F qrupu
Azərbaycan - Avstriya 0:1
Qol: M.Sabitser, 48 (pen.)
Belçika - İsveç (təxirə salınıb)
Xal durumu: Belçika - 16, Avstriya - 16, İsveç - 6, Azərbaycan - 4, Estoniya - 1