Azərbaycan gimnastları Avropa Çempionatında çıxış edəcəklər
Əziz Əzizli
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstana yollanıb.
"Operativ Media" xəbər verir ki, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa çempionatında çıxış edəcəklər.
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü turnirdə qüvvələrini sınayacaqlar.
31-ci Avropa çempionatı oktyabrın 18-22-si aralığında keçiriləcək
Teqlər:
"Az\u0259rbaycan gimnastlar\u0131 Avropa \u00c7empionat\u0131nda \u00e7\u0131x\u0131\u015f ed\u0259c\u0259kl\u0259r"