"Arsenal" və "Barselona" belçikalı gənc ulduzu transfer etmək istəyir
Əziz Əzizli
Avropanın nəhəng komandaları gənc belçikalı ulduz transfer etmək istəyərkən, ən ciddi namizədlər kimi "Arsenal" və "Barselona" önə çıxır.
"Operativ Media" xəbər verir ki, "Barselona" gələn yay yeni oyunçu, Oriol Romeunu əvəz edə biləcək daha gənc oyunçu almağı planlaşdırır.
Hazırda "Royal Antverpen"də çıxış edən Artur Vermeeren Kataloniya klubunun transfer siyahısındadır, lakin onlar "Arsenal" da daxil olmaqla, digər klublarla rəqabət aparmaq məcburiyyətində qalacaqlar.
SPORT-un məlumatına görə, hazırda gənc yarımmüdafiəçinin transfer yarışında “Arsenal” və “Barselona” digər komandaları qabaqlayır.
Bununla belə, onu transfer edəcək ən yaxın komandanın İngiltərənin “Arsenal” komandası olduğu vurğulanır.
Premyer Liqa komandasının belçikalı oyunçunu 20 milyon avro (17 milyon funt sterlinq) qarşılığında transfer edə biləcəyi düşünülür. "Barselona"nın maliyyə vəziyyəti yaxın aylarda yaxşılaşarsa, gənc ulduzu heyətinə qata bilər.
Ancaq İspaniya nəhənginin əsas diqqəti "Korintians"da çıxış edən və cəmi 18 yaşı olan Qabriel Moskardodadır.
Teqlər:
"\"Arsenal\" v\u0259 \"Barselona\" bel\u00e7ikal\u0131 g\u0259nc ulduzu transfer etm\u0259k ist\u0259yir"