Azərbaycan şahmatçısı Məhəmməd Muradlı dünya çempionu olub
Redaksiya
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub.
"Operativ Media" xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb.
Qeyd edək ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net