Menyu

Ralf Ranqnik: "Bakıda məğlub ola bilərik"

Əziz Əzizli
Ralf Ranqnik: "Bakıda məğlub ola bilərik"

Futbol üzrə Avstriya yığma komandasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, almaniyalı mütəxəssis oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib:

“İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq. Bakıdakı görüşdə həm qalib gələ, həm də məğlub ola bilərik”.

O, Azərbaycan yığması barədə müsbət fikirlər səsləndirib: “Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq

Teqlər:

"Ralf Ranqnik: \"Bak\u0131da m\u0259\u011flub ola bil\u0259rik\""

Əlaqəli Xəbərlər