Menyu

Ralf Ranqnik: "Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək”.

Əziz Əzizli
Ralf Ranqnik: "Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək”.

"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır”.

"Operativ Media" xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib: “Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq. Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib – 2:0

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər