Menyu

Mbappe "Real Madrid"ə transfer olmaq üçün menecerini qova bilər

Əziz Əzizli
Mbappe "Real Madrid"ə transfer olmaq üçün menecerini qova bilər

Mbappenin menecerliyini hazırda onun yaxın ailə üzvləri edir. Lakin bu, İspaniyaya mümkün transfer danışıqlarına gəldikdə bəzi problemlər yarada bilər.

"Operativ Media" xəbər verir ki, Mbappe hələ də PSJ ilə 2024-cü ildə başa çatacaq müqaviləsini uzatmadığı üçün "Real Madrid"ə transferi gündəmdən düşmür.

"Marca" nəşri 24 yaşlı futbolçunun "Santiyaqo Bernabeu"ya transfer olması üçün anası ilə peşəkar əlaqələrini kəsməli olduğunu açıqlayıb.

Buna səbəb, transferlərin və müqavilələrin yalnız lisenziyalı menecerlər tərəfindən müzakirə oluna biləcəyini şərtləndirən yeni FİFA qaydası  göstərilir. Lamari FİFA Nümayəndəlik Platformasının üzvü deyil və buna görə də heç bir oyunçunu rəsmi olaraq təmsil etmək hüququ yoxdur.

Lamari 2024-cü ilin may ayına qədər müvafiq sertifikatları ala bilməsə və oğlunu təmsil etməyə davam edərsə, cərimələnə bilər.

Əgər "Real Madrid"ə transfer olmaq istəyərsə anasını işdən çıxarmalı ola bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər