"Kəpəz " heyətinə daha bir futbolçu cəlb edib. Adama Niane klubumuzun şərəfini qoruyacaq. Hücumçu mövqeyində oynayan Niane ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Operativ Media" xəbər verir ki malili forvardın son klubu İranın “Nassaji” komandası olub. Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib.
Adama Niane 7 oyunda Mali yığmasının da formasını geyinib.
Teqlər:
"\"K\u0259p\u0259z\" malili h\u00fccum\u00e7u transfer etdi"