Menyu

"Qarabağ" Toral Bayramova görə cərimələndi

Əziz Əzizli
"Qarabağ" Toral Bayramova görə cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilib.

“Sabah” – “Araz-Naxçıvan” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Sabah” klubu 500 manat cərimə edilib.

“Sabah” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda topdaşıyan rəqib künc zərbəsi başlayarkən topu kənara atdığına görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Neftçi” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra “Neftçi” klubunun məşqçisi Miodraq Todorov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Neftçi” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Qarabağ” oyununda fotoqraflar mövqelərini dəyişdiyinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə “Neftçi” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, həmçinin futbolçular avtobusa rahat daxil ola bilmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 27 nömrəli futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilib

Teqlər:

"\"Qaraba\u011f\" Toral Bayramova g\u00f6r\u0259 c\u0259rim\u0259l\u0259ndi"

Əlaqəli Xəbərlər