Qətərin "Əl Duhail" klubunda yeni baş məşqçi təyinatı baş tutub.
"Operativ Media" xəbər verir ki, argentinalı Ernan Krespodan boşalan posta sabiq PSJ-li Kristof Qaltye gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Əl Duhail" Qətər çempionatında 5 turdan sonra 10 xalla 4-cü sıradadır.