Azərbaycanın 2 boksçusu Avropa kubokunda yarımfinala yüksəlib
Əziz Əzizli
Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku davam edir.
"Operativ Media" xəbər verir ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.
İlk görüşündə Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdıran Malik Həsənov (63,5 kq) 1/4 finalda fransalı Lounes Hamraouini sınağa çəkib. Gərgin keçən qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Həsənov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Malik 3-cü döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək.
75 kq-da Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı 3-cü yeri təmin edib. Boksçumuz 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə yazıb. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə aydınlıq gətirəcək.
Yarımfinal görüşləri oktyabrın 13-də olacaq.
Qeyd edək ki, Avropa kubokunun 5-ci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kq) Miroslav Kapulerlə (İsrail) gücünü yoxlayacaq
Teqlər:
"Az\u0259rbaycan\u0131n 2 boks\u00e7usu Avropa kubokunda yar\u0131mfinala y\u00fcks\u0259lib"