Menyu

"Qarabağ”ın qapıçısı Rusiya yığmasına çağırıla bilər

Əziz Əzizli
"Qarabağ”ın qapıçısı Rusiya yığmasına çağırıla bilər

"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılmağa namizəddir.

"Operativ Media" xəbər verir ki, bunu yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının rəsmi saytına müsahibəsində deyib.

Mütəxəssis Lunyovun növbəti toplanışlara çağırılacağını istisna etməyib:

“Rusiya Premyer Liqasından millimizə namizədlərin böyük siyahısı var. Bu toplanışda daha üç qapıçı dördüncü olmağa namizəd idi. Amma bu dəfə kimisə ayırmamaq üçün dördüncü qapıçı çağırmamaq qərarına gəldik. Məsələn, hazırda “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk iki matçında qol buraxmadı. “Neftçi” ilə çempionat matçını da çox yaxşı keçirdi. Lunyov da başqa namizəddir”.

Qeyd edək ki, Rusiya yığması oktyabın 12-də Kamerun, 16-da isə Keniya ilə yoldaşlıq görüşü keçirəcək

Teqlər:

"\"Qaraba\u011f\u201d\u0131n qap\u0131\u00e7\u0131s\u0131 Rusiya y\u0131\u011fmas\u0131na \u00e7a\u011f\u0131r\u0131la bil\u0259r"

Əlaqəli Xəbərlər