Menyu

"Qarabağ" klubların yeni reytinq cədvəlində irəlilədi

Əziz Əzizli
"Qarabağ" klubların yeni reytinq cədvəlində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, 414 komandanın yer aldığı siyahıya Azərbaycandan "Qarabağ", "Sabah" və "Neftçi" düşüb.

"Qarabağ" ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib və 61-ci sırada qərarlaşıb. "Atlılar"ın aktivində 144,5 xal var. Azərbaycan çempionu Fransanın "Monako", İngiltərənin "Çelsi", "Tottenhem", Türkiyənin "Qalatasaray" kimi klublarından öndədir.

Bundan əvvəlki cədvəldə 286-cı olan "Sabah" hazırda 302-ci pillədə qərarlaşıb. "Futurislər"in 63,5 xalı var. "Neftçi" isə 7 pillə geriləyib. "Ağ-qaralar" 61,75 xalla 318-ci sırada yer alıb.

Siyahıya 304 xalla "Mançester Siti" başçılıq edir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər