"İnter Mayami"nin baş məşqçisi Tata Martino Lionel Messinin "Barselona"ya icarəyə veriləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
"Operativ Media" xəbər verir ki, "İnter Mayami" "Cincinnati"yə 1:0 hesabı ilə uduzduqdan sonra "İnter Mayami"nin baş məşqçisi Tata Martino Lionel Messinin "Barselona"ya icarəyə veriləcəyi ilə bağlı iddialara cavab verib. Messi Argentina millisi ilə yeni tapşırığa hazırlaşarkən, "İnter Mayami" oynayacağı iki matçın ardından fevral ayına qədər MLS matçında oynamayacaq.
Tata Martino matçdan sonra Messi ilə bağlı iddiaları məsxərəyə qoyub: "O, əylənməyə gedəcək? Ola bilsin ki, "Barselona"ya baş çəksin. Bundan başqa, bu haqda başqa heç nə bilmirəm".
Transferin reallaşacağı ehtimalı az görünsə də, Lionel Messinin "Barselona"ya qayıtma ehtimalı növbəti dəfə həyəcan yaradıb.