İspaniya La Liqasında və Çempionlar Liqasında məğlubiyyətsiz yoluna davam edən "Barselona"ya Robert Levandovskidən pis xəbər gəldi.
"Operativ Media" xəbər verir ki, klubdan Robert Levandovskinin topuğunun burxulduğu və bir müddət meydanlardan uzaq qalacağı bildirilib.
Robert Levandovski topuğundakı zədə səbəbindən "Barselona"nın "Qranada" ilə La Liqa matçında oynaya bilməyəcək.
Təcrübəli hücumçunun oktyabrın 28-də keçiriləcək "El Klassiko"da oynaya bilməyəcəyi ehtimalı var.
İspaniya mətbuatında çıxan xəbərlərdə Levandovskinin "El Klassiko"nu buraxa biləcəyi bildirilərkən, Kataloniya komandasının ondan milli komandaya qatılmamasını tələb edəcəyi də bildirilib.
"Barselona" Çempionlar Liqasının ikinci həftəsində səfərdə "Porto"nun qonağı olub.
Rəqibini Ferran Torresin qolu ilə məğlub edən Kataloniya komandası xallarının sayını 6-ya çatdırıb.
Matçın ilk yarısında bir vəziyyətdə zədələnən Robert Levandovski 34-cü dəqiqədə Ferrar Torreslə əvəzlənib.