Menyu

Bekhem Aleks Ferqyusonun onu jiyə vurduğunu açıqlayıb

Əziz Əzizli
Bekhem Aleks Ferqyusonun onu jiyə vurduğunu açıqlayıb

Devid Bekhem "Mançester Yunayted"də olduğu zamanlarda Ser Aleks Ferqyusonla yaşadığı gərginliyin səbəbini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Devid Bekhem 2003-cü ildə "Mançester Yunayted"dən ayrılaraq "Real Madrid"ə keçməzdən bir müddət əvvəl onun qaşı tikişli olan fotoşəkilləri qəzetlərdə dərc olunub. İddia olunurdu ki, “Mançester Yunayted”in dövrün baş məşqçisi Ser Aleks Ferqyusson ingilis futbolçunun qaşını yarıb.

Netflix sənədli filmində bu məsələyə aydınlıq gətirən Devid Bekhem Ser Aleks Ferqyusonun ona niyə qəzəbləndiyini belə izah edib: "Soyunub-geyinmə otağına girdik və Ferqyuson çox qəzəbli idi. Mən bunu onun üzündə görürdüm. Onu belə görəndə, onun ətrafında belə olmaq istəmirəm. O hirslə nəsə deyirdi.Ona dönüb 'Yox' dedim və sonra ağzımdan "rədd ol" sözü çıxdı. Onun siması qəfil dəyişdi və o an düşündüm ki, 'Lənət olsun, mən bunu deməməliydim!" Ferqyuson mətbuatda Bekhemin sarğılı fotoları haqqında belə deyib: "Məncə, onlar saxtadır. Bir tikiş qoymağa dəyməyəcək bir vəziyyət idi".

Bekhem bu hadisədən bir neçə ay sonra "Real Madrid"ə transfer olundu, lakin o, "Old Trafford"dan heç vaxt ayrılmaq istəmədiyini söylədi: "Bura mənim evim idi. Ferqyusonla münasibətim həmişə çox xüsusi idi. Gözəl anlar yaşadıq və mən onu hələ də çox sevirəm. ."

Teqlər:

"Bekhem Aleks Ferqyusonun onu jiy\u0259 vurdu\u011funu a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər