Menyu

Vinisius "Real"ın tarixinə düşdü

Əziz Əzizli
Vinisius "Real"ın tarixinə düşdü

Vinisius Junior “Real”ın tarixinə düşdü. 23 yaşlı hücumçu bu yaşda belə göstəriciyə imza atıbsa, nəticəsini yaxşılaşdırmaq və uzun müddət əlçatmaz olmaq imkanına malikdir.

"Operativ Media" xəbər verir ki, dünən Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Napoli”ni məyus edən braziliyalı komandasının 3:2 hesablı qələbəsində önəmli rol oynadı. 16-cı dəfə fərqlənən Vinisius Roberto Karlos keçdi. İnd o, ÇL-də madridlilər üçün ən çox qol vuran braziliyalı ünvanına sahibdir.

Eyni zamanda Vinisius Karlosdan daha az forma geyib. Müdafiəçi 107 görüşdə meydana çıxmışdısa, Junior ÇL-də cəmi 47 matç keçirib.

Vinusius həm də “Real” üçün 16 və daha çox qol vuran 5-ci oyunçu oldu. ÇL-də Kriştianu Ronaldo (105), Kərim Benzema (78), Raul Qonsales (66) və Fernando Morientes (17) madridlilər üçün daha çox fərqlənib

Teqlər:

"Vinisius \"Real\"\u0131n tarixin\u0259 d\u00fc\u015fd\u00fc"

Əlaqəli Xəbərlər