Menyu

"Hakken" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

Əziz Əzizli
"Hakken" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

İsveçdə yerli "Hakken" və "Qarabağ" arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

"Operativ Media" xəbər verir ki, matç Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, görüş oktyabrın 5-də Höteborqda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər