Onun adına hazırlanmış heykəllər və büstlərlə diqqət çəkən Kriştianu Ronaldo üçün daha bir sürpriz heykəl İrandan gəlib.
"Operativ Media" xəbər verir ki, tez-tez pərəstişkarlarının hazırladığı heykəllər və büstlərlə gündəmə gələn Kriştiano Ronaldo üçün daha bir heykəl ortaya çıxıb. 2017-ci ildə Madeyra hava limanında beşqat "Qızıl top"un sahibi Kriştiano Ronaldoya bürünc büstü təqdim olunmuşdu və bu, bütün dünyada pərəstişkarlarını heyrətə salmışdı.
Sözügedən heykəl tənqidlərdən sonra yeniləndi, lakin o vaxtdan bəri bütün dünyada qəribə heykəllər ucaldılmağa davam etdi.
Ronaldonun "Əl-Nəsr"lə İrana son səfəri zamanı başqa bir heykəllə qarşılandığı məlum olub. Onun qaldığı otelin Ronaldonun heykəlini düzəltdiyi bildirilsə də, sözügedən heykəlin Ronaldoya heç bənzəməməsi diqqəti çəkən detal olub.
Bütün bu vizual uğursuzluğa baxmayaraq, Ronaldo İranda böyük diqqət çəkmişdi və Tehranda minlərlə fanat tərəfindən qarşılanmışdı.
Bu mövsüm "Əl-Nəsr"in heyətində 15 matçda 16 qol vuran və həm Asiya Çempionlar Liqasında, həm də Səudiyyə Ərəbistanı Liqasında komandasının ən əhəmiyyətli hücumçusu olmağa davam edir.