Ramil Şeydayevli "Buriram Yunayted" Yaponiyaya getdi
Əziz Əzizli
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubu Yaponiyaya yollanıb.
"Operativ Media" xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının şərq zonasının H qrupunun 2-ci turunun oyununu “Vanfor Kofu”ya qarşı görüş üçün sözügedən ölkəyə gedib.
Matç oktyabrın 4-də oynanılacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Xatırladaq ki, Şeydayevin komandası qrupun açılış oyununda Çinin “Çjeçzyan" klubuna qalib gəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net