"Səbail" legioneri ilə müqaviləni uzatdı
Əziz Əzizli
“Səbail” PFK yarımmüdafiəçi David Qomislə qüvvədə olan müqavilənin müddətini artırıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Yeni anlaşmaya əsasən, 30 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna qədər "Səbail"in uğurları üçün çalışacaq.
Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis "dənizçilər"in heyətində ümumilikdə Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net