Menyu

De Byazi: "Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq”

Əziz Əzizli
De Byazi: "Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq”

"Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək oyunlarla bağlı danışarkən deyib.

Belçikaya Bakıdakı məğlubiyyəti yada salan italiyalı mütəxəssis növbəti matçlarda üz-üzə gələcəkləri rəqiblər barədə də fikir bildirib: “Uğursuz buraxdığımız qol səbəbindən Belçikaya 0:1 hesabı ilə uduzduq. Amma yaxşı oynamışdıq. Bu, bizim səviyyəmizdəki komandaların kiçik çatışmazlığıdır. İndi bizim üçün əlçatan Estoniya və əlçatmaz Avstriya ilə qarşılaşacağıq”.

Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi üç gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər