Menyu

Viktor Osimhen "Napoli"ni məhkəməyə verməyə hazırlaşır

Əziz Əzizli
Viktor Osimhen "Napoli"ni məhkəməyə verməyə hazırlaşır

"Napoli"nin ulduz hücumçusu Viktor Osimhen 0:0 hesabı ilə bitən "Bolonya" matçında penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi. "Napoli"nin Sosial Media hesabında Viktor Osimhenin penaltisi ilə bağlı istehzalı paylaşım edildikdən sonra futbolçu ilə klub arasında problem yaranıb.

"Operativ Media" xəbər verir ki, gəkən reaksiyalardan sonra “Napoli” paylaşımı tez bir zamanda silsə də, görüntülər sosial mediada yayılıb. Viktor Osimhenin sözügedən paylaşımdan sonra əsəbiləşdiyi və klubunu məhkəməyə verməyə hazırlaşdığı bildirilib.

Bu hadisədən sonra İtaliya mətbuatında Viktor Osimhenin "Napoli" ilə əlaqələrini böyük ölçüdə kəsdiyi xəbəri çıxıb.

Digər tərəfdən, ulduz hücumçunun sosial media hesabından "Napoli" ilə bağlı hər şeyi sildiyi müşahidə edilib.

Bu mövsüm "Napoli"nin heyətində ümumilikdə 6 matçda iştirak edən Viktor Osimhen 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı hücumçunun "Napoli" ilə daha 2 illik müqaviləsi var.

Teqlər:

"Viktor Osimhen \"Napoli\"ni m\u0259hk\u0259m\u0259y\u0259 verm\u0259y\u0259 haz\u0131rla\u015f\u0131r"

Əlaqəli Xəbərlər