UEFA Rusiya millisinin aşağı yaş qruplarına güzəşt etdi
Əziz Əzizli
UEFA Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda – himn və bayraqsız beynəlxalq turnirlərdə iştirakına icazə verib.
"Operativ Media" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bu barədə UEFA İcraiyyə Komitəsinin iclasında qərar verilib. Qərar Rusiyanın U-17 millisi də daxil olmaqla bütün aşağı yaş qruplarına şamil olunur. 17 yaşadək futbolçular arasında dünya çempionatının püşkü artıq sentyabrın 15-də atılsa da, Rusiyanın bu yaş qrupu üzrə komandası turnirə buraxılacaq.
UEFA-nın bəyanatında bu qərar belə izah olunub ki, uşaqlar böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımamalıdır.
O da bildirib ki, rusiyalı yeniyetmə futbolçular Rusiya ərazisində oyun keçirə və milli kimlik əlamətləri olan formalarda çıxış edə bilməyəcəklər.
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb
Teqlər:
"UEFA Rusiya millisinin a\u015fa\u011f\u0131 ya\u015f qruplar\u0131na g\u00fcz\u0259\u015ft etdi"