Menyu

Ançelotti: "Arda Gülər oyun tərzimizə öyrəşməlidir"

Əziz Əzizli
Ançelotti: "Arda Gülər oyun tərzimizə öyrəşməlidir"

Transfer dönəmində "Fənərbağça"dan ayrılaraq dünya nəhəngi "Real Madrid"ə yollanan Arda Gülər zədəsini sağaltdıqdan sonra geri dönməyə hazırlaşır.

"Operativ Media" xəbər verir ki, baş məşqçi Karlo Ançelotti İspaniya mətbuatına müsahibəsində Türkiyə millisinin üzvünün vəziyyətinin yaxşı olduğunu və oyunun ritminə alışması lazım olduğunu bildirib.

Baş məşqçi Karlo Ançelotti türk futbolçunun "Las Palmas" matçında meydana çıxa biləcəyini bildirib.

Ançelotti açıqlamasında: "Arda Gülər yaxşı və hazırdır. Bir az komandanın ritminə uyğunlaşmalı və oyun üslubumuza öyrəşməlidir. O, böyük istedaddır. Vinisius, Arda, Karvahal və Mendinin neçə dəqiqə oyanaya biləcəyini dəyərləndirib qərar verməliyəm" deyə bildirib.

Teqlər:

"An\u00e7elotti: \"Arda G\u00fcl\u0259r oyun t\u0259rzimiz\u0259 \u00f6yr\u0259\u015fm\u0259lidir\""

Əlaqəli Xəbərlər