Menyu

"Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirildi

Əziz Əzizli
"Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirildi

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yerini dəyişib.

"Operativ Media" qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Azərsun Arena”da baş tutacaq.

Belə ki, “Qarabağ” rəhbərliyi mərkəzi arenada təmir-bərpa işləri ilə əlaqədar qarşılaşmanın “Azərsun Arena”da təşkili ilə bağlı müraciət edib.

Respublika stadionunda aparılan işləri, həmçinin “Azərsun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyununun orada keçirilməsini qərara alıb.

Sentyabrın 29-da reallaşacaq görüş saat 20:00-da başlayacaq.

Teqlər:

"\"Qaraba\u011f\" - \"Sumqay\u0131t\" oyununun yeri d\u0259yi\u015fdirildi"

Əlaqəli Xəbərlər