Azərbaycanlı futbolçu futboldan 2 illik uzaqlaşdırıldı
Əziz Əzizli
I Divizionda çıxış edən “Zaqatala” klubunun futbolçusu Mahmud Məmmədov cəzalandırılıb.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan oyunçu Azərbaycan Milli Antidopinq İntizam Komitəsinin (AMAİK) qərarı ilə 2 illik diskvalifikasiya olunub.
“Neftçi- 2” ilə oyun zamanı M. Məmmədovdan götürülmüş nümunələr Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən laboratoriyaya göndərilmiş və müvafiq hesabata əsasən, futbolçunun qanında qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.
FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilmiş qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.
Məcburi şərti kənarlaşdırma cəzası 28 iyun 2022-ci il tarixindən hesablanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net