Menyu

"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yeri dəyişdirildi

Əziz Əzizli
"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yeri dəyişdirildi

Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası tərəfindən araşdırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Məlum olub ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Peşəkar Futbol Liqası tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib.

Belə ki, şənbə günü keçiriləcək “Zirə” - “Neftçi” oyunu Zirə İdman Kompleksində olacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu qərar əvəzedici komandalara aid edilmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər