UEFA Qarabağda baş verənlərə reaksiya verdi
Əziz Əzizli
UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun “Qarabağ”la Norveçin “Molde” komandaları arasında keçiriləcək oyundan öncə Qarabağdakı vəziyyəti izləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.
“UEFA vəziyyəti izləyir və ev sahibi tərəflə sıx əlaqə saxlayır. İndiki mərhələdə bizim əlavə şərhimiz yoxdur” – deyə, Avropanın ali futbol qurumunun mətbuat xidmətinin nümayəndəsi bildirib.
Sentyabrın 19-dan 20-nə qədər Qarabağda Azərbaycan ordusu ilə Ermənistanın terrorçu silahlı qruplaşmaları arasında növbəti qarşıdurma baş tutub.
“Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net