Menyu

AFFA Samir Abasovu cəzalandırdı

Əziz Əzizli
AFFA Samir Abasovu cəzalandırdı

AFFA "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.

Samir Abasov "Zirə"yə qarşı Misli Premyer Liqasının 6-cı turunun matçında hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Sumqayıt” klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin turun “Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi (Əliyar Ağayevi - red.) təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Qəbələ” klubu 4000 manat cərimə edilib. 

Sınaq müddəti 3 ay təyin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər