Menyu

İngilis futbolçu futboldan 5 aylıq uzaqlaşdırıldı

Əziz Əzizli
İngilis futbolçu futboldan 5 aylıq uzaqlaşdırıldı

İngiltərə Futbol Assosiasiyası “Nottingem Forest”in müdafiəçisi Harri Toffolonun 5 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.

"Operativ Media" qurumun saytına istinadən xəbər verir ki, buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub.

28 yaşlı futbolçu 375 dəfə İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozduğunu etiraf edib. Bildirilir ki, bütün qanun pozuntuları 2014-2017-ci illər arasında futbolçu tərəfindən törədilib və bu müddət ərzində o, “Norviç”, “Suindon”, “Roterem” və “Peterboro” klublarında çıxış edib.

İngiltərəli futbolçu diskvalifikasiyadan əlavə 21 min funt sterlinq də cərimələnib.

Toffolo 2022-ci ilin iyulundan “Nottinqem Forest”də çıxış edir. O, 2023/24 mövsümündə bir matçda iştirak edib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər