Polo üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal əldə edib
Nərmin Qocamanlı
Azərbaycan yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən at polosu üzrə 14-cü Avropa çempionatında final oyununa çıxıb.
Dövlət Sərhəd Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, komanda həlledici görüşdə İspaniya ilə üz-üzə gəlib.
Rəqibinə uduzan milli gümüş medal əldə edib.
Azərbaycan yığması yarışda 3-cü dəfə iştirak etməsinə baxmayaraq, inamlı təsir bağışlayıb. Belə ki, təmsilçimiz Avropanın ən güclü 8 komandasının mübarizəsində keçirdiyi 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup matçından qələbə ilə ayrılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma