Menyu

Xabi Alonso Enzo Fernandesi "Çelsi"də saxlamaq istəyir

Operativ Media
Xabi Alonso Enzo Fernandesi "Çelsi"də saxlamaq istəyir

"Çelsi"nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Enzo Fernandesin 2026-cı ilin yayında komandadan mümkün gedişi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, argentinalı futbolçunu heyətdə saxlamaq niyyətində olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, mütəxəssis keçirdiyi mətbuat konfransında oyunçu ilə gələcəyi barədə müzakirə apardıqlarını, lakin danışıqların təfərrüatının gizli qaldığını bildirərək, onun klubda qalmasının tərəfdarı olduğunu vurğulayıb.

​ESPN-in yaydığı məlumata görə, London klubu hazırda 25 yaşlı yarımmüdafiəçinin 2026-cı il dünya çempionatındakı çıxışından sonra baş tutacaq məzuniyyətdən qayıdaraq mövsümöncəsi hazırlıq düşərgəsinə normal qaydada qoşulacağını gözləyir.

​Qeyd edək ki, 2023-cü ilin yanvarından bəri paytaxt təmsilçisində çıxış edən Fernandesin müqavilə müddəti 2032-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

​Futbolçu 2025/2026 mövsümündə meydana çıxdığı 54 rəsmi qarşılaşmada 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini hazırda 90 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər