Donald Tramp Konqresə İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı bildiriş göndərib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlaması barədə Konqresə rəsmi bildiriş təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, qanunvericilərə iyulun 10-da göndərilən rəsmi məktubda ABŞ hərbçilərinin iyulun 7-də İran ərazisindəki hədəflərə "müdafiə xarakterli zərbələr" endirdiyi qeyd olunub.
Xatırladaq ki, ABŞ və İsrail cari il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və hava hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də həlak olub. İyun ayında isə Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Sənədin icrası ilə bağlı İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ-İran danışıqları aparılıb. Qətər və Pakistanın birgə bəyanatında danışıqların ilk raundunun müsbət mühitdə keçdiyi və gələcək texniki məsləhətləşmələr üçün zəmin yaradıldığı bildirilmişdi.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.