Menyu

Aİ XİN rəhbərləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyiblər

Operativ Media
Aİ XİN rəhbərləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyiblər

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə neft qiymətləri ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən Rusiyaya qarşı yönəlmiş 21-ci sanksiyalar paketi üzərində ortaq məxrəcə gələ bilməyiblər.

Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas toplantının yekunlarına dair təşkil olunan mətbuat konfransında bəyan edib. Qurum rəsmisi yeni məhdudiyyətlər paketinin qəbul edilməməsindən təəssüf hissi keçirdiyini, lakin tərəflərin yekun qərara çox yaxın olduqlarını vurğulayıb.

​K.Kallas qeyd edib ki, müttəfiq dövlətlərin müəyyən etirazları mövcuddur. Ali nümayəndə uzun illərdir davam edən müharibənin qlobal neft bazarlarındakı qiymətlərə birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.

​Bununla belə, diplomat müxtəlif məhdudlaşdırıcı rejimlər çərçivəsində "qara siyahı"ya daha 250 fiziki və hüquqi şəxsin adının daxil edildiyini bildirib. Onun sözlərinə görə, sözügedən siyahıya həm növbəti 21-ci sanksiyalar paketi, həm də artıq qüvvəyə minmiş digər məhdudiyyətlər üzrə yeni fiqurantlar əlavə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər